Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şəmkirdə mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib

Şəmkir, 12 sentyabr, AZƏRTAC

Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, ammofos və nitroammofos gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk səyyar satış Şəmkirin Ələsgərli kəndində, ertəsi gün isə Yeni Göyçə kəndində baş tutub. Sentyabrın 11-də Yeni Göyçə kəndində keçirilən satış zamanı 30-dan çox vətəndaşa 21,95 ton ammofos gübrəsi satılıb.
Bu gün isə Şəmkirin Çənlibel kəndində səyyar satış keçirilir.
Səyyar satış zamanı tələb olunan sənədlər təqdim edilməklə 70 faiz güzəştdən yaralanaraq mineral gübrə almaq olar.
Fermerlər səyyar satış xidmətinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyata düşmək üçün “1652” Çağrı Mərkəzi, həmçinin (+994 51) 255 93 83 əlaqə nömrəsinə müraciət edə bilərlər.

 

Kənd təsərrüfatı 2019-09-12 13:16:00