×
A
A
A
Sazlamalar

Leyla Abdullayeva: Azərbaycanın xarici siyasətinin uğurları barədə beynəlxalq müstəvidə məlumatlandırma böyük əhəmiyyət daşıyır

Ankara, 12 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici siyasətinin prioritetləri, əldə etdiyimiz nəticələr barədə beynəlxalq müstəvidə məlumatlandırma böyük əhəmiyyət daşıyır. Xarici ölkələrdə Azərbaycan mövzusunda təşkil olunan tədbirlər ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından faydalıdır. Təqdim etdiyimiz məlumatlar müvafiq sahələrin mütəxəssisləri üçün xüsusilə lazımlıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. Ankarada təşkil olunan konfransdakı çıxışların iştirakçılar tərəfindən böyük maraqla qarşılandığını diqqətə çatdıran mətbuat katibi deyib: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin, eləcə də xarici siyasət gündəliyimizin prioritet məsələləri, habelə ölkəmizin inkişaf istiqamətləri barədə xarici diplomatları məlumatlandırmaq informasiya siyasətimizin mühüm bir hissəsidir. Hesab edirəm ki, Ankaradakı konfrans bu mənada səmərəli oldu”.
Leyla Abdullayeva qeyd edib ki, Ankaraya səfər çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ilə keçirilən görüşdə də qarşılıqlı maraq doğuran məsələlərə dair faydalı müzakirələr aparılıb.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2019-09-12 12:57:00