Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

NATO PA-nın sədri Tbilisidə regionda təhlükəsizlik məsələlərini müzakirə edəcək

Tbilisi, 12 sentyabr, AZƏRTAC

NATO Parlament Assambleyasının sədri Madlen Mun bu gün Gürcüstana səfərə gələcək.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Madlen Mun və onu müşayiət edən şəxslər Gürcüstan Prezidenti, parlamentinin sədri və Müdafiə Naziri ilə görüşəcək. Eyni zamanda, parlamentdəki müxalifət partiyalarının nümayəndələri ilə görüş nəzərdə tutulub.
Görüşlərdə Gürcüstanda demokratik təsisatların vəziyyəti, parlament demokratiyası, proporsoinal seçki sisteminin bərpası, regiondakı vəziyyət, təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq. NATO PA–nın sədri Gürcüstanın Tsixinvali və Abxaziya bölgələri ilə sərhəddəki Didi Xurvaleti kəndində də olacaq.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-09-12 13:08:00