×
A
A
A
Sazlamalar

Bakı metrosunun “B3” stansiyasında tamamlama işləri görülür

Bakı, 12 sentyabr, Elvin Camalov, AZƏRTAC
Bakı metrosunun şərti adı “B3” olan (paytaxtın Ceyhun Səlimov küçəsində, Hərbi hospitalın yanı) stansiyasında tamamlama işləri görülür.
AZƏRTAC xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
O bildirib ki, stansiyanın açılacağı tarix tam məlum deyil. İstər geoloji, istərsə də təbii səbəblərdən tikintidə yubanmalar olur. Hazırda stansiyanın üst hissəsində yol hərəkəti zolaqlarında da tamamlanma işləri aparılır.

Nəqliyyat 2019-09-12 12:45:00