×
A
A
A
Sazlamalar

“Bakı Metropoliteni” gələn il yeni qatarlar alacaq

Bakı, 12 sentyabr, Elvin Camalov, AZƏRTAC
“Bakı Metropoliteni” gələn il yeni qatarlar alacaq.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov AZƏRTAC-ın sualını cavablandıraraq deyib.
O bildirib ki, müəyyən araşdırmalardan sonra gələn il alınacaq qatarların sayı məlum olacaq.
Qeyd edək ki, cari ildə “Bakı Metropoliteni” 30 yeni vaqon alaraq istismara verib.

Nəqliyyat 2019-09-12 12:31:00