×
A
A
A
Sazlamalar

Neftçalada üzüm sahələrindən 3 min tona yaxın məhsul yığılıb

Neftçala, 12 sentyabr, Mahir Babayev, AZƏRTAC

Neftçalanın üzüm bağlarında məhsul yığımı davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il üzüm bağlarından 1900 ton üzüm tədarük edən üzümçülər cari ildə də bol məhsul yetişdiriblər. Yığıma mütəşəkkil başlayan bağbanlar qısa müddətdə 2991,1 ton məhsul toplayıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Hər hektarın məhsuldarlığı 21 sentner olub. Məhsulun üçdəiki hissəsi Aşağı Qaramanlı, Cəngan və Xolqarabucaq kəndlərinin payına düşür. Ən yüksək nəticəni isə Aşağı Qaramanlı kəndində fəaliyyət göstərən fermerlər qazanıblar. Onlar becərdikləri 90 hektar üzüm bağından indiyədək 140 tondan çox məhsul yığıblar.

 

Kənd təsərrüfatı 2019-09-12 12:16:00