×
A
A
A
Sazlamalar

Vətən uğrunda xidmət göstərənlər unudulmur

Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən
Milli qəhrəmanlar, Qarabağ müharibəsi şəhidləri və Aprel döyüşlərinin iştirakçıları haqqında məqalə yaradılması davam edir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya”da Aprel döyüşlərinin iştirakçısı Vüsal Paşazadə haqqında məqalə yaradılıb. Məqalədə qeyd edilir ki, Vüsal Paşazadə Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda, düşmən mövqelərinin məhv edilməsində N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin kəşfiyyatçısı olaraq iştirak edib. O, göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub. Həmçinin xidmət etdiyi dövrdə müxtəlif medal və fəxri fərmanlarla mükafatlandırılıb.
Məqalə ilə daha ətraflı linkdə tanış olmaq mümkündür.

Elm və təhsil 2019-09-12 12:06:00