×
A
A
A
Sazlamalar

Azərbaycanla Rusiyanın Sverdlovsk vilayəti 2 əməkdaşlıq memorandumu imzalayıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Sverdlovsk vilayətinin “Vinaz” MMC şirkəti, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Sverdlovskun “TEN” şirkətlər qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədlər sentyabrın 12-də Bakıda keçirilən Azərbaycan-Rusiya (Sverdlovsk vilayəti) biznes forumu çərçivəsində imzalanıb.

İqtisadiyyat 2019-09-12 11:28:00