Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Azəriqaz”: Bu il əhali sektoru üzrə 60 minədək abonent qeydiyyata alınıb

Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 242 min 350-yə çatıb

Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 1-nə “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 59 min 419 yeni abonent qeydiyyata alınıb.
Birlikdən AZƏRTAC-a bildirilib ki, bunun 32 min 619-u Bakı, Abşeron və Sumqayıt, 26 min 800-ü isə regionların payına düşür. Bu ilin təkcə avqust ayında əhali sektoru üzrə 5 min 78 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 min 40-ı Bakı, Abşeron və Sumqayıt, 2 min 38-i isə regionların payına düşür.
Sentyabrın 1-nə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 242 min 350-yə çatıb. Bu rəqəmin 2 milyon 211 min 548-i əhali, 30 min 802-si qeyri-əhali sektoruna aiddir. Bundan başqa, Bakı şəhəri üzrə təbii qazla təmin olunan abonentlərin sayı 863 min 397, regionlar üzrə isə 1 milyon 378 min 953 təşkil edir.
Qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 min kubmetr limit ayrılıb.

 

Neft - qaz 2019-09-12 11:34:00