×
A
A
A
Sazlamalar

Kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 22 faiz artıb

Bakı, 12 sentyabr, AZƏRTAC
Avqustda 64 min 329 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 53,7 faizinin vəziyyəti aktiv olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artım deməkdir.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-avqust aylarında ötən ilin eyni ayları ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 22 faiz artaraq 31 min 946 təşkil edib, aktiv ƏDV ödəyicilərinin sayı 18 min 622 –yə çatıb.
Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 33,1 faiz artıb və onların xüsusi çəkisi 2,2 faiz çox olub.

Maliyyə 2019-09-12 11:25:00