×
A
A
A
Sazlamalar

Ukraynalı ekspert: Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”ə görə ciddi sanksiyalar tətbiq edilməlidir

Kiyev, 12 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində sentyabrın 8-də “yerli özünüidarəetmə orqanlarına seçkilər”in keçirilməsi beynəlxalq hüquqa ziddir. Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Analitik Mərkəzinin rəhbəri, ekspert Aleksandr Oxrimenko söyləyib.
Ekspert qeyd edib ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisində qondarma seçkilər keçirməklə məsələyə guya hüquqi don geyindirmək istəyirlər. Ancaq bir şeyi anlamalıdırlar ki, o əraziləri heç bir dövlət və beynəlxalq təşkilat tanımır. Bu baxımdan da keçirilən hər hansı “seçki” qanunsuz hesab edilir.
“Dağlıq Qarabağda və Krımda analoji “seçkilər” keçirildi. Heç bir beynəlxalq təşkilat bu qondarma seçkiləri tanımadı. Beynəlxalq təşkilatlar və böyük dövlətlər təkcə bununla kifayətlənməməlidir. Ciddi sanksiyalar tətbiq edilməlidir. Yalnız belə olan halda, işğal olunmuş ərazilər geri qaytarıla bilər”, - deyə A.Oxrimenko əlavə edib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev 

Siyasət 2019-09-12 11:20:00