Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gəncə şəhər sakinindən narkotik maddə götürülüb

Bakı, 12 sentyabr, AZƏRTAC

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü Həsən Quliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, onun üzərinə baxış keçirilən zaman 10,5 qram marixuana və 1,2 qram heroin aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.Quliyevin şəhər ərazisindəki yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 kiloqram qurudulmuş marixuana aşkar olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-09-12 10:54:00