×
A
A
A
Sazlamalar

Sulutəpə qəsəbəsinə təbii qazın verilişində fasilələr tətbiq olunacaq

Avtomobil qəzası zamanı təbii qaz xətti zədələnib

Bakı, 12 sentyabr, AZƏRTAC
Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 millimetr olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb. Baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə başlanıb. Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Neft - qaz 2019-09-12 11:12:00