×
A
A
A
Sazlamalar

Siyəzəndə 17 yaşlı gənc itkin düşüb

Siyəzən, 12 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Siyəzəndə 17 yaşlı gənc iki aya yaxındır itkin düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Yenikənd kənd sakini Əlikram Fərzəliyev iyulun 15-i səhər saatlarında evdən çıxaraq geri qayıtmayıb.
Orta bədən quruluşuna malik Əlikram Fərzəliyevin boyu 1 metr 65 santimetrdir. Evdən çıxan zaman onun əynində qəhvəyi köynək, göy cins şalvar və qara ayaqqabı olub.
Ə.Fərzəliyevin barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (023) 304-13-03 şəhər və (051) 772-06-06 mobil nömrələrinə zəng vuraraq Siyəzən Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Regionlar 2019-09-12 11:10:00