×
A
A
A
Sazlamalar

® “Rolls-Royce Motor Cars Baku” satış-sərgi salonunda “Rolls-Royce Phantom Tranquillity” avtomobilinin təqdimatı keçirilib

Sentyabrın 11-də “Improtex Motors” şirkəti “Rolls-Royce Motors Baku” salonunda yeni “Rolls-Royce Phantom Tranquillity” modelini təqdim edib. “Phantom Tranquillity” dəbdəbə dünyasında ən əlçatmaz və ən çox arzuolunan modeldir. “Tranquillity” kolleksiyası bütün dünyada sadəcə 25 avtomobillə məhdudlaşır, həm standart, həm də uzun geniş təkər bazası ilə təqdim olunur.

“Phantom” modeli “Rolls-Royce” şirkətinin əsas flaqmanıdır. Biz fəxr edirik ki, bu unikal xüsusi hazırlanmış “Phantom” tezliklə qitəmizdə Azərbaycan yollarında ilk olacaq”, – deyə “Improtex Motors” şirkətinin baş direktoru Bayram Yaqubov qeyd edib.
“Rolls-Royce Phantom Tranquillity” qəbul olunan məhdudiyyətlərdən kənara çıxan şəxslər üçündür”, - deyə “Rolls-Royce Motor Cars”ın regional direktoru Culian Cenkins deyib: O bildirib: “Hər bir kəsin bu avtomobildə əldə edəcəyi eyforik sakitliyi qeyd etmək üçün bu cür ad qoyulmuş və yaradılmış bu unikal “Phantom” yer sərhədlərindən kənarda olan hisslər bəxş edir”.
“Phantom Tranquillity” “Qalereya” motivi ingilis “Skylark” raketlərinin inkişaf etmiş texnologiyasından ilhamlanır. Kompozisiya yüksək əks olunan paslanmayan poladdan, 24 karatlıq qızıldan və kosmik keyfiyyətə malik alüminiumdan hazırlanıb. “Rolls-Royce” üçün ilk dəfə olaraq səs tənzimləyicisində meteoritdən istifadə edilib. O, əlavə olaraq qızıldan hazırlanmış tutacaqla gücləndirilib ki, bu tutacaq kolleksiya qalereyasındakı qızıl örtüyə uyğundur və “Roll-Royce”a xas xüsusiyyət təşkil edir. 1906-cı ildə Kirunada (İsveç) Yer üzünə düşmüş Muonionalusta meteoritinin bu cür istifadəsi onun aşkar edildiyi yerin və tarixin ətraflı şəkildə oyularaq yazılması ilə tamamlanır.
Ayın işıqlı və qaranlıq tərəflərinə əsaslanaraq yaradılmış əsasən “Arctic White” dərisinin və ikinci növbədə “Selby Grey” dərisinin daxili rəng qamması unikal şpon ahəngini özündə birləşdirir. Hər iki seçimdə ön panel və mərkəzi konsol qara parlaq paslanmayan poladdan düzəldilib, eyni zamanda, yuxarı cib yeşiyində və qapının dirsəkaltılarında mat materialla tamamlanıb.
Həm qara, həm də ağ seçimdə 1977-ci ildə buraxılmış NASA-nın əfsanəvi “Voyager” kosmik aparatına həsr olunmuş “Bespoke Audio Speaker” yapmaları qızıldan hazırlanıb və bütün avtomobildə mövcud olan əlavə qızıl elementlərini tamamlayır. Bu unikal element ideyası kosmosda qarşısına çıxa biləcək istənilən şüurlu canlılar üçün yer üzündəki həyat və mədəniyyət müxtəlifliyinin göstərildiyi səslər və şəkillərin yer aldığı iki qızıl məlumat lövhələri ilə təchiz olunub.
Geniş təkər bazalı seçimdə qapı panelindəki unikal naxış detalı dəqiqliklə “Qalereya” kolleksiyasındakı zərif, əl ilə hazırlanan detal üçün işləmə nümunəsinə uyğundur. Titandan naxışlarla sarı qızıldan hazırlanan “Technical” saat kosmik motivini tamamlayır.
“Rolls-Royce Motor Cars Baku”nun satış-sərgi salonunda keçirilən təqdimat zamanı “Rolls-Royce”nin baş dizayneri Metyu Danton deyib: “Bu avtomobili dizayn edərkən əsas məqsəd rahat və sakit mühitin duyğularını doğurmaq idi. Fərqlilik, liderlik və həqiqi ifadə “Bespoke” sifariş proqramının təməlidir. Avtomobil zövqünüzün və şəxsi üslubunuzun əsas elementi hesab olunur, buna görə xüsusi sifariş olmağı təbiidir”.
Qeyd edək ki, 2019-cu ilin əvvəlində “Rolls-Royce Motor Cars Baku”, dünyada 130 “Rolls-Royce” dilerini qabaqlayaraq 2018-ci ilin görkəmli satış nəticələrinə görə nüfuzlu “İlin dileri” mükafatına layiq görülüb.
“Improtex” şirkətlər qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinifli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanıb. “Improtex Motors” şirkəti “BMW”, “Rolls-Royce Motor Cars”, “MINI” və “YAMAHA” motosikllərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və 2 servis mərkəzi var.

Nəqliyyat 2019-09-12 10:52:00