×
A
A
A
Sazlamalar

Qusarda narkotik satışı ilə məşğul olan Bakı şəhər sakini saxlanılıb VİDEO

Qusar, 12 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər üç dəfə məhkumluq həyatı yaşayan 57 yaşlı Azər Məmmədkərimovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Avaranqışlaq kənd ərazisində saxlanılaraq RPŞ-nə gətirilən A.Məmmədkərimovun üzərində axtarış zamanı 29 ədəd kağız bükümdə heroin, 8 ədəd kağız bükümdə güclü təsiredici psixotrop maddə olan metamfetamin, eləcə də iki ədəd metadon həbləri aşkar olunaraq götürülüb.
İlkin dindirilmədə A.Məmmədkərimov narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Regionlar 2019-09-12 10:15:00

Video