Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Estoniya Ukrayna vətəndaşlarına vizasız rejim tətbiq etməyi düşünür

Tallinn, 12 sentyabr, AZƏRTAC 

Estoniyanın Daxili İşlər Nazirliyi Ukrayna ilə viza rejimini birtərəfli qaydada ləğv etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Estoniyanın Daxili işlər naziri Marti Xelmenin sözlərinə görə, ukraynalıların coğrafi mövqeyi və ümumi tarixi oxşarlıqları nəzərə alınarsa, bu addım məqsədəuyğun hesab edilə bilər.
Hazırda Estoniya əhalisinin sayı 1.34 milyon nəfərdir. Avropa Birliyi ölkələrində sürətlə davam edən miqrasiya nəticəsində eston mütəxəssislərinin daha yüksək əməkhaqqı müqabilində digər ölkələrdə işləməyə üstünlük verməsi ölkədə ciddi narahatlıq doğurmaqdadır. Hökumət bu boşluğu Ukraynadan və digər ölkələrdən gələn mütəxəssislərin hesabına doldurmaq niyyətindədir.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn 

Dünya 2019-09-12 06:27:00