×
A
A
A
Sazlamalar

“Eurovision-2020” yarışmasında iştirakını təsdiqləyən ölkələrin sayı 33-ə çatıb

Bakı, 12 sentyabr, AZƏRTAC

2020-ci ilin mayında Niderlandın Rotterdam şəhərində keçiriləcək “Eurovision” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin sayı 33-ə çatıb.
AZƏRTAC xəbər verir ki, mahnı müsabiqəsində iştirakını ev sahibi Niderland və bu ölkələr təsdiqləyib. Hazırda müsabiqədə iştirakını təsdiqləyən ölkələrin sırasında - Albaniya, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Estoniya, Danimarka, Finlandiya, Fransa, Gürcüstan, Xorvatiya, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, Kipr, Latviya, Litva, Norveç, Portuqaliya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, Şimali Makedoniya, Ukrayna və Yunanıstan yer alır.
Qeyd edək ki, 1956-cı ildən keçirilən “Eurovision” yarışı Avropa Yayım Birliyinin layihəsidir. Azərbaycan bu yarışmaya 2008-ci ildən qatılıb və bir dəfə – 2011-ci ildə Nigar Camal və Eldar Qasımovla 1-ci yeri tutub.

Mədəniyyət 2019-09-12 05:20:00