×
A
A
A
Sazlamalar

Əhməd Qurbanov: Prezident təqaüdünə layiq görülənlərin arasında adımı görəndə çox sevindim

Bakı, 11 sentyabr, AZƏRTAC 

Ölkə rəhbərinin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” 9 sentyabr tarixli Sərəncamında 102 tələbənin siyahısında adımı görəndə çox sevindim. Bu, dövlətimiz tərəfindən təhsilin inkişafına, gənclərə göstərilən böyük diqqət və qayğının, bizim zəhmətimizin, çox çalışmağımızın uğurlu nəticəsidir.
Bunu AZƏRTAC-a müsahibəsində Bakı şəhəri 82 nömrəli məktəbin məzunu, Prezident təqaüdünə layiq görülən Əhməd Qurbanov söyləyib. O deyib: “ Mən buraxılış və qəbul imtahanlarında 668 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ingilis dilində maliyyə fakültəsinə qəbul olundum. Gənclərə məsləhət görərdim ki, məktəbdə aldığı biliklərlə kifayətlənməsinlər, daim öz üzərlərində çalışsınlar və müxtəlif mənbələr vasitəsilə dünyagörüşlərini zənginləşdirsinlər. Onlar qarşılarına düzgün məqsəd qoysunlar və hədəfə doğru irəliləsinlər. Əminəm ki, sonda bunun bəhrəsini görəcəklər”.

Elm və təhsil 2019-09-11 20:35:00