×
A
A
A
Sazlamalar

Türkiyədə 60 uşağın fotosərgisi açılıb

İstanbul, 11 sentyabr, AZƏRTAC
UNİSEF-lə Türkiyənin birgə həyata keçirdiyi “Gənclərin gözü ilə” layihəsi çərçivəsində İzmir, Qaziantep və İstanbulda yaşayan türk və suriyalı olmaqla ümumilikdə 60 uşağın fotosərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində ilk sərgilər 2018-ci ilin may ayında Parisdə, iyunda isə Nyu-Yorkda təşkil edilib.
Türkiyədə sentyabrın 14-dək davam edəcək tədbir uşaqların gözü ilə ümidi və daha aydın gələcəyi təmsil edir.
Hazırda Türkiyədə dörd milyondan çox köçkün yaşayır ki, bunlarında yarısından çoxunu uşaqlar təşkil edir.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Mədəniyyət 2019-09-11 20:22:00