×
A
A
A
Sazlamalar

AFFA-nın əməkdaşı “Dinamo”–“Atalanta” oyununa təyinat alıb

Bakı, 11 sentyabr, AZƏRTAC

A milli komandamızın meneceri və AFFA-nın futzal üzrə əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Gənclər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – “Atalanta” (İtaliya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
Matç sentyabrın 18-də Zaqrebdəki Hitrec-Kacijan stadionunda oynanılacaq.

İdman 2019-09-11 20:05:00