Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İngiltərədə universitetdən məzun olan xarici tələbələr daha iki il ölkədə qala biləcəklər

London, 11 sentyabr, AZƏRTAC

İngiltərədə universitetdən məzun olan xarici tələbələr daha iki il ölkədə qala biləcəklər. Yeni qanuna əsasən, İngiltərədə təhsil alan xarici tələbələrin məzun olduqdan sonra iş tapması üçün ölkədə qalmalarına icazə verilib və viza müddəti dörd aydan iki ilə qədər artırılıb. Bu qanuna görə, yeni məzunlar təhsil aldıqları sahələrdən asılı olmayaraq iş üçün müraciət edə biləcəklər.
Baş Nazir Boris Conson bu addımın tələbələrin potensiallarını ortaya çıxarmalarına və İngiltərədə iş tapmalarına kömək olacağını söyləyib.
Bu addımın atılmasına səbəb isə beynəlxalq tələbələrin İngiltərə universitetlərinə qəbul nisbətinin azalmasından sonra baş verib.
Xatırladaq ki, ölkənin sabiq Baş Naziri Tereza Mey 2012-ci ildə Daxili İşlər naziri olduğu zaman immiqrasiya qanununa dəyişiklik edilmişdi. Tereza Mey o zaman bu müddətin artırılmasının əleyhinə olduğunu bildirmişdi.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2019-09-11 20:02:00