×
A
A
A
Sazlamalar

2021-ci ildə çimərlik futbolu üzrə dünya çempionatı harada keçiriləcək?

Bakı, 11 sentyabr, AZƏRTAC 

Beynəlxalq Futbol Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, Rusiya, Çili və Salvador 2021-ci ildə çimərlik futbolu üzrə dünya çempionatına ev sahibliyi etmək iddiasında olduqlarını bildiriblər.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Futbol İttifaqı Moskvanın 2021-ci ildə çimərlik futbolu üzrə dünya çempionatına ev sahibliyi etmək üçün sifariş verəcəyini hələ iyunun axırlarında elan etmişdi. FIFA-nın mətbuat xidmətinin məlumatında qeyd edilir ki, həmin turnirin harada keçiriləcəyi barədə qəti qərar FIFA Şurasının bu il oktyabrın 23-24-də Çində keçiriləcək iclasında qəbul ediləcək.
2019-cu ildə çimərlik futbolu üzrə dünya çempionatı noyabrın 21-dən dekabrın 1-dək Paraqvayda keçiriləcək. Rusiya indiyə qədər çimərlik futbolu üzrə dünya birinciliyinə ev sahibliyi etməyib. İdmanın bu növü üzrə Rusiya yığması ikiqat dünya çempionudur.

İdman 2019-09-11 18:38:00