Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb

Moskva, 11 sentyabr, AZƏRTAC

Ermənistanda Rusiya hərbçisinin meyiti tapılıb.
AZƏRTAC xəbər verir ki, Rusiya KİV-lərinin yaydığı məlumata görə, Ermənistanın Gümrü şəhərində yerləşən 102 nömrəli hərbi bazanın 23 yaşlı hərbçisinin meyiti yaşayış binalarının birindəki mənzildə tapılıb. Hərbçinin bədənində kəsiklər aşkar edilib. Onun qətlə yetirildiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2019-09-11 18:37:00