×
A
A
A
Sazlamalar

Azərbaycan boksçusu Tayfur Əliyev dünya çempionatında qələbə qazanıb

Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 11-də Azərbaycan boksçusu Tayfur Əliyev Rusiyanın Yekaterinburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında ilk görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz mübarizəyə otuzikidəbir final mərhələsindən başlayıb. O, ilk mərhələdə isveçrəli Tiaqo Puqnonu 5:0 hesabı ilə məğlub edib. Növbəti mərhələdə idmançımızın rəqibi türkmənistanlı Yazmurat Qurbanov olacaq.
Xatırladaq ki, sentyabrın 9-da boksçumuz Amin Kuşkov Türkmənistan idmançısı Nursahat Pazzievi 4:1 hesabı ilə məğlub edib.

İdman 2019-09-11 18:07:00