×
A
A
A
Sazlamalar

Hollivud tarixində ən uğursuz filmin adı açıqlanıb

Bakı, 11 sentyabr, AZƏRTAC 

Müasir kinematoqrafın tarixində ən uğursuz film statusu 2012-ci ildə “Disney” studiyasında macəra janrında çəkilən “Con Karter” filminə verilib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı “The Hollywood Reporter” yayıb.
Məlumatda deyilir ki, marketinq xərcləri nəzərə alınmaqla, 363,7 milyon dollar büdcəsi olan bu film prokatda cəmi 284 milyon dollar toplayıb. Yekun maliyyə itkiləri 136,6 milyon dollara bərabər olub. Filmin yaradıcıları müxtəlif maliyyə prosedurları sayəsində ziyanı bir qədər azalda biliblər.

Mədəniyyət 2019-09-11 18:02:00