×
A
A
A
Sazlamalar

Lənkəran rayonunda zəlzələ olub

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Lənkəran seysmoloji stansiyasından 4 kilometr cənubda - Lənkəran rayonunun ərazisində maqnitudası 3.7 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:56:49-da qeydə alınıb.
Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə və ətraf yaxın rayonlarda 3 bala qədər hiss olunub.

Ekologiya 2019-09-11 17:47:00