Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə axtarışda olan şəxs saxlanılıb

Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan S.Cavadov tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, o, Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Hadisə 2019-09-11 17:45:00