Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun sədrinə yubiley medalı təqdim olunub

London, 11 sentyabr, AZƏRTAC

Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yüz illik yubiley medalı ilə təltif olunub.
Medalı Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfiri Tahir Tağızadə Bob Bləkmənə təqdim edib.
Bob Bləkmən Azərbaycanın dostlarına verilən dəyər və diqqətə görə təşəkkürünü bildirib. O, parlamentlərarası əlaqələrin inkişafının ikitərəfli münasibətlərdə önəmli rola malik olduğunu vurğulayıb.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Siyasət 2019-09-11 17:55:00