×
A
A
A
Sazlamalar

Dörd ay ərzində “DOST” mərkəzinə 32 minə yaxın müraciət qeydə alınıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Bu ilin mayından indiyədək ötən dörd ay ərzində “DOST” mərkəzinə 31 min 931 vətəndaş müraciəti qeydə alınıb. Onların 50,3 faizini qadınlar, 49,7 faizi kişilər təşkil edib. Müraciətlərin 80,44 faizi sosial müdafiə, 11,53 faizi məşğulluq, 4,69 faizi əlilliklə əlaqədar olub.
AZƏRTAC xəbər verir ki, mərkəzdə aparılan monitorinqin nəticələri müraciət edən vətəndaşların 94,8 faizinin xidmət səviyyəsindən razı qaldığını göstərir.
Qeyd edək ki, bu il mayın 9-da açılışı olan 1 saylı “DOST“ mərkəzi Bakının Yasamal və Səbail rayonlarının əhalisinə xidmət göstərir. Əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə "bir pəncərə"dən, şəffaf və operativ şəkildə 132 növ xidmət göstərilən mərkəzdə hər gün 400-450 vətəndaş müraciəti qeydə alınır.

Sosial 2019-09-11 17:27:00