Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rektor canlı yayımda I kurs tələbələrinin valideynlərinin suallarını cavablandıracaq

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov I kursa qəbul olunan tələbələrin valideynləri ilə canlı yayıma qoşulacaq.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor canlı yayımda valideynlərin universitetdəki tədrisin keyfiyyəti, dərslərin təşkili, tələbələrin savadlı mütəxəssis kimi yetişmələri və uğurlu inkişafı üçün yaradılan imkanlar barədə suallarını cavablandıracaq, təkliflərini dinləyəcək.
Canlı yayımı sentyabrın 14-də saat 11-da UNEC-in rəsmi “Facebook” və “Instagram” səhifələrində izləmək mümkündür. Valideynlər sual və təkliflərini canlı yayım zamanı “Facebook” və “Instagram” səhifələrinin rəy bölməsinə yaza bilərlər.

Elm və təhsil 2019-09-11 17:20:00