Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 50102076S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.5158 AZN (6,26 faiz) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 710 milyon 36 min 600 AZN olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.5158 AZN (6,26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib. Notlar oktyabrın 9-da ödəniləcək.

Maliyyə 2019-09-11 17:12:00