İtaliya Böyük Britaniyanın “Temptest” proqramına qoşulub
Roma, 11 sentyabr, AZƏRTAC
İtaliya altıncı nəsil qırıcı təyyarələrin hazırlanması üzrə Böyük Britaniyanın “Temptest” proqramına rəsmən qoşulub.
AZƏRTAC bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən xəbər verir ki, İtaliya və Böyük Britaniyanın Müdafiə nazirləri Londonda əməkdaşlığa dair memorandum imzalayıblar.
Bu əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirən İtaliyanın Müdafiə naziri Lorentso Querini deyib: “İtaliya ilə Böyük Britaniya arasında aerokosmik sahədə vacib tərəfdaşlığın başlanması müsbət məqamdır. Bu, İtaliya müdafiə sənayesinin mükəmməlliyini bir daha təsdiq edir”.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Pandemiya mobil internetin inkişafına da təsir edib
Türkiyədə son sutkada 167 nəfər koronovirusdan ölüb
Türkiyə və İran xarici işlər nazirləri regional prosesləri müzakirə ediblər