×
A
A
A
Sazlamalar

Keçən ay qlobal neft tədarükü gündəlik 99,2 milyon barreli ötüb

Bakı, 11 sentyabr, AZƏRTAC 

Avqustda qlobal neft təklifi iyul ayı ilə müqayisədə 830 min barrel artaraq sutkada 99 milyon 240 min barrel təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.
Bildirilir ki, ötən ay qeyri-OPEC ölkələrinin neft istehsalı da 700 min barrel çoxalaraq sutkalıq 69 milyon 500 min barrel olub.

Neft - qaz 2019-09-11 16:30:00