×
A
A
A
Sazlamalar

OPEC qlobal neft tələbatına dair proqnozunu artırıb

Bakı, 11 sentyabr, AZƏRTAC 

Cari ildə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin xam neft tələbatının gündəlik 30 milyon 600 min barrel olacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.
OPEC-ə görə, bu il qlobal neft tələbatı isə ötən illə müqayisədə 1 milyon 20 min barrel artaraq sutkalıq 99 milyon 840 min barrel təşkil edəcək.
Lakin buna baxmayaraq, kartel qlobal neft tələbatına dair proqnozunu əvvəlki aya nisbətən 80 min barrel azaldıb.

 

Neft - qaz 2019-09-11 16:22:00