×
A
A
A
Sazlamalar

Şamaxıda sənaye məhsullarının istehsalı artıb

Şamaxı, 11 sentyabr, AZƏRTAC

Şamaxı rayonunda 2019-cu ilin səkkiz ayında 4 milyon 799,4 min manatlıq sənaye məhsulları istehsal edilib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, istehsal olunan sənaye məhsulları və göstərilən xidmətlər 2018-ci illə müqayisədə 609,6 min manat artıb.
Qeyd edək ki, regionlarda iqtisadiyyatın ayrı-ayrı sahələrinə göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli şərait aqrar bölgə olan Şamaxıda iqtisadiyyatın şaxələndirilməsinə, o cümlədən sənayenin inkişafına güclü təkan verir.

Regionlar 2019-09-11 16:20:00