×
A
A
A
Sazlamalar

Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə “Moran Agro” MMC arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə “Moran Agro” MMC arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən görüşdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai institutda taxılçılıq sahəsində görülən seleksiya və toxumçuluq işləri, rayonlaşmış və Dövlət reyestrində olan taxıl sortlarının üstünlükləri haqqında məlumat verib.
“Moran Agro” MMC-nin direktoru Elçin Emil rəhbərlik etdiyi qurumun kənd təsərrüfatı sahəsindəki fəaliyyəti, əldə edilmiş nailiyyətlər haqqında danışıb və Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə taxılçılıq sahəsində əməkdaşlığa maraqlı olduqlarını bildirib.
Sonra birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni institutun direktoru Cavanşir Təlai və MMC-nin direktoru Elçin Emil imzalayıblar. Sənədə əsasən tərəflərin razılığı ilə institutun 3 yumşaq buğda sortu müxtəlif gübrə normalarında nümayiş etdiriləcək, həmçinin açıq tarla platformasında elmi-praktik seminarlar, tarla günləri və təlimlər təşkil olunacaq.

Kənd təsərrüfatı 2019-09-11 16:16:00