×
A
A
A
Sazlamalar

“Azərbaycan riyaziyyatçıları” kitabının təqdimatı olub

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Misir Mərdanovun “Azərbaycan riyaziyyatçıları” kitabının təqdimatı olub. Həmçinin institutun yaradılmasının 60 illiyi ilə bağlı oktyabrda keçiriləcək beynəlxalq konfransa hazırlıq məsələləri müzakirə edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitabda Azərbaycanda riyaziyyat elminin inkişafında xidmətləri olmuş alimlər haqqında biblioqrafik məlumatlar verilib.
Çıxış edən alimlər nəşrlə bağlı fikirlərini bölüşüb, onun əhəmiyyətini vurğulayıblar.

Elm və təhsil 2019-09-11 16:07:00