×
A
A
A
Sazlamalar

“Öndəki birincilər” layihəsi çərçivəsində birinci sinfə gedəcək uşaqlara məktəbli formaları hədiyyə edilib

Cəbrayıl, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Öndəki birincilər” layihəsi çərçivəsində cəbhəyanı bölgələrdə yaşayan aztəminatlı ailələrin birinci sinfə gedəcək uşaqlarına məktəbli formaları hədiyyə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Füzuli, Ağcabədi, Laçın, Ağdam, Tərtər, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində məktəblilərlə görüş keçirilib. Görüşdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Fondun icraçı direktor müavini Rəfi Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov iştirak ediblər.
Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkür edən valideynlər və birinci sinfə gedəcək şagirdlər məktəblilərə göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Regionlar 2019-09-11 15:14:00