Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Green Day” qrupu Moskvada konsert verəcək

Bakı, 11 sentyabr, AZƏRTAC

Amerikanın məşhur pank-rok qrupu “Green Day” 2020-ci ildə Moskvanın “Otkrıtiye-Arena” stadionunda konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatçının mətbuat xidməti xəbər verib.
2020-ci ilin mart ayından başlayaraq qrup Asiya və Avropada bir neçə konsertlər verəcək. Daha sonra tur mayın 14-də Moskvada davam edəcək.
Proqramda yeni mahnılarla yanaşı qrupun 30 illik karyerası boyunca bəstənilən məşhur hitlər də yer alacaq.
Qeyd edək ki, qrup ilk dəfə 1986-cı ildə “Sweet Children” adı altında öz fəaliyyətinə başlayıb. 1986-cı ildən isə “Green day” adlanır. Qrupun yaradıcıları olan Billi Co (vokalçı), Mayk Dernt (bassist) və Tre Kul (zərbçi) indiyədək fəaliyyətlərini davam etdirirlər.

 

Musiqi 2019-09-11 15:11:00