×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda iki evdən və bir avtomobildən oğurluq edən şəxs yaxalanıb

Bakı, 11 sentyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki iki evdən və bir avtomobildən məişət əşyaları və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Rzayev yaxalanıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da əcnəbi vətəndaşın 400 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Rüstəmov saxlanılıb.
Hər iki faktla bağlı davam etdirilir.

Hadisə 2019-09-11 15:07:00