×
A
A
A
Sazlamalar

Kənd komandaları arasında keçirilən futbol yarışlarının qalibləri müəyyənləşib

Naxçıvan, 11 sentyabr, AZƏRTAC

Muxtar respublikada gənclərdən ibarət kənd komandaları arasında keçirilən futbol üzrə şəhər və rayon birinciliklərində həlledici görüşlər olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şərur rayonu üzrə keçirilən görüşdə Aralıq kənd komandası Düdəngə komandasını məğlub edib – 4:0. Culfa rayonunda isə Camaldın Bənəniyar kənd komandasından üstün olub – 3:1.
Ordubad rayonu üzrə keçirilən final qarşılaşmasında Ordubad Kələntərdizəni, Sədərək rayonu üzrə Heydərabad Sədərək komandasını eyni hesabla məğlub ediblər (3:0). Babək rayonu üzrə keçirilən həlledici qarşılaşmada Nehrəm kənd komandası Babək qəsəbə komandasına qalib gəlib – 2:1. Şahbuz rayonunda Kükü Şahbuzdan (5:2), Kəngərlidə isə Qıvraq Şahtaxtından (6:2) üstün olub. Naxçıvan şəhəri üzrə final oyununda Qaraçuq və Qaraxanbəyli kənd komandaları qarşılaşıb və birincilər 8:3 hesabı ilə qalib gəlib.
Qalib komandalar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Regionlar 2019-09-11 14:44:00