×
A
A
A
Sazlamalar

Bəzi ərazilərin təbii qaz təchizatı məhdudlaşdırılıb

Bakı, 11 sentyabr, AZƏRTAC

“Qaz İxrac” İdarəsinin balansında olan qovşaqlarda quraşdırma işləri ilə bağlı olaraq bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək Şirvan şəhərinin bir hissəsi və 2 qəsəbədə qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, bundan başqa, Nizami rayonu, Ə.Vəliyev küçəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar qeyd edilən ərazidə bir qrup abonentin qaz verilişində saat 10:15-dən etibarən fasilələr tətbiq olunub.

 

Neft - qaz 2019-09-11 14:29:00