×
A
A
A
Sazlamalar

Balakən rayon sakinində narkotik vasitə aşkarlanıb

Bakı, 11 sentyabr, AZƏRTAC 

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Balakən rayonu Poçtbinə kənd sakini Anar Mustafayevin idarə etdiyi və sərnişin qismində həmin avtomobildə əyləşən həmkəndlisi Bəhruz Qardaşov olan “VAZ-2106” markalı avtomobil rayon ərazisində saxlanılıb. Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən sellofan torbada 230 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

 

Hadisə 2019-09-11 14:06:00