×
A
A
A
Sazlamalar

Qənaətli istehsal üsullarına dair təlim keçiriləcək

Bakı, 11 sentyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə sentyabrın 18-də “Qənaətli istehsal üsulu “Sigma” üzrə və “Qənaətli enerji” mövzusunda təlim keçiriləcək.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, aidiyyəti dövlət qurumlarının, sənaye müəssisələrinin nümayəndələrinin və sahibkarların iştirakı ilə təşkil olunacaq təlimin keçirilməsində məqsəd qənaətli istehsal metodları barədə məlumatlandırmaq və bu sahədə müzakirələrin aparılmasıdır.
Təlimdə iştirak ödənişsizdir.

İqtisadiyyat 2019-09-11 13:52:00