×
A
A
A
Sazlamalar

Aşqabadda Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq

Aşqabad, 11 sentyabr, AZƏRTAC

Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyasının 5-ci iclası sentyabrın 13-də Aşqabadda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iclasda iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətləri müzakirə olunacaq.
Qeyd edək ki, hazırda Aşqabad və Bakı iqtisadi tərəfdaşlığın əsas diqqəti nəqliyyat və tranzit sahəsinə yönəldilib. Türkmənistan və Azərbaycanın limanları vasitəsilə müntəzəm birbaşa beynəlxalq dəmir yolu - bərə əlaqəsinin təşkil edilməsi sahəsində əməkdaşlıq yüksək dərəcədədir.
Xatırladaq ki, komissiyanın indiyədək 4 iclası keçirilib. Sonuncu iclas 2014-cü il oktyabrın 2-də Bakıda təşkil edilib.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad

 

İqtisadiyyat 2019-09-11 13:50:00