×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda ev yanıb

Bakı, 11 sentyabr, AZƏRTAC 

Nərimanov rayonunda ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli altı otaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində evin 3 otağı 60 kvadratmetr və dam örtüyü 98 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2019-09-11 13:48:00