×
A
A
A
Sazlamalar

Azər Musayev: Qazandığım uğurlar ölkəmizdə təhsilə göstərilən diqqətin bəhrəsidir

Bakı, 11 sentyabr, AZƏRTAC

Bu il mənim üçün çox uğurlu olub. Belə ki, yüksək balla ali məktəbə - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına (DİA) qəbul olunmuşam və Prezident təqaüdünə layiq görülmüşəm. Qazandığım uğurlar ölkəmizdə təhsilə göstərilən diqqətin bəhrəsidir.
Bu fikirləri DİA-nın I kurs tələbəsi, Prezident təqaüdçüsü Azər Musayev AZƏRTAC-a müsahibəsində söyləyib. Azər Musayev Masallı rayon Həsənli kənd tam orta məktəbini bitirib. O, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 685,3 bal toplayıb. DİA-da hüquqşünaslıq ixtisası üzrə təhsil alacaq.
“Arzum bacarıqlı hüquqşünas olmaqdır”, - deyən Azər Musayev əsası dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib, ölkəmizdə gənclərə, onların təhsilinə xüsusi qayğı göstərildiyini söyləyib.

Elm və təhsil 2019-09-11 13:44:00