Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İki yüzdən çox uşaq üçün yay düşərgələri təşkil edilib

Bakı, 11 sentyabr, AZƏRTAC 

Gənclər və İdman Nazirliyi şəhid, məcburi köçkün və Qarabağ müharibəsi iştirakçılarının ailələrindən olan, həmçinin istedadlı uşaqlar üçün avqustun 15-dən 24-dək və avqustun 26-dan sentyabrın 4-dək olmaqla iki növbədə Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yay düşərgəsi təşkil edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşərgə çərçivəsində iştirakçılar üçün əyləncəli, intellektual viktorinalar, stolüstü və kompüter oyunları, idman yarışları keçirilib, tarixi və mədəni yerlərə ekskursiyalar təşkil olunub.
Hər növbədə 115 nəfər iştirak edib.

Sosial 2019-09-11 13:28:00