×
A
A
A
Sazlamalar

Şahin Mustafayev: Azərbaycan Yekaterinburqda logistik mərkəz yaradacaq

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Yekaterinburq şəhərində logistik mərkəz yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində deyib.
Nazir qeyd edib ki, sentyabrın 12-də Bakıda hər iki tərəfin iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək. Biznes forumda müvafiq memorandum imzalanacaq: “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Sverdlovsk vilayətinin müvafiq şirkəti arasında bu logistik mərkəzinə ölkəmizin istehsalı olan meyvə-tərəvəzin təchizatı istiqamətində işlərin təşkili baxımından vacib sənəd imzalanacaq. Düşünürük ki, bu istiqamət də Azərbaycan-Rusiya ticarət əlaqələrinin inkişafı baxımından çox maraqlıdır”.

İqtisadiyyat 2019-09-11 13:11:00